Xalq artisti: "Bunları yeyəndən sonra oxumağa əziyyət çəkirəm"
"Nadir insanlar var ki, səsini qoruya bilər. İndiki zamanda gördüyümüz xanəndələr, ustadlar bəlkə də səsini qorumur. Mən şəxsən dondurma da yeyirəm, kondisionerin altında da otururam. Bütün qidaları qəbul edirəm".
Far.Az "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə "Günə uğurla" verilişində qonaq olarkən deyib. Xanəndə səs tellərinə mənfi təsir edən qidalardan da bəhs edib:
"Amma elə qidalar var ki, səsə pis təsir edir. Qatıq yeyəndə və ya ayran içəndə mənim üçün oxumaq çətin olur. Əvvəllər cavan olanda heç fikir də vermirdim. Sonradan baxdım ki, balıq yeyəndə də oxumaq çətin olur. Əslində balıq yüngül yeməkdir. Dədə-babadan eşitmişik ki, xanəndələr və aşıqlar çolpa yeyər. Çolpa yeyəndə rahat olursan. Döymə ət yeyəndə də oxumağa əziyyət çəkirəm. Oxuyandan sonra hər şeyi ilıq şəkildə qəbul etmək lazımdır. İfadan əvvəl soyuq su içmək və ya dondurma yemək olar".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













