Oman ilə Azərbaycan arasında ikiqat vergitutma halları aradan qaldırıla bilər
Oman-Azərbaycan ikiqat vergitutma sazişi Şura Məclisində (Oman parlamenti) müzakirə ediləcək.
"Report" "Oman Observer"ə isatinadən xəbər verir ki, müzakirə parlamentin sabah keçiriləcək iclasında baş tutacaq.
"Oman Sultanlığı Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında gəlir vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın və vergidən yayınma hallarının qarşısının alınması haqqında Saziş" layihəsi Oman Şura Məclisində müzakirə olunacaq", - məlumatda bildirib.
Şura Məclisinin Baş katibi Şeyx Əhməd bin Məhəmməd Əl Nədabi bildirib ki, parlament təqdim edilən qanun layihələri, sazişlər və təkliflərin öyrənilməsi vasitəsilə qanunvericilik vəzifələrini yerinə yetirməyə davam edir. Bu isə qanunvericilik bazasının inkişafına və dövlət siyasətinin təkmilləşdirilməsinə töhfə verir.
Əl Nədabi əlavə edib ki, qarşıdan gələn sessiyada həmçinin aztəminatlı ailələr, işdən çıxarılmış işçilər və humanitar hallar üçün əsas xidmətlərin dayandırılmasının qarşısının alınmasını tənzimləyən qanun layihəsi də müzakirə olunacaq.
Sessiya daha sonra inkişaf, iqtisadi və sosial məsələləri əhatə edən bir sıra təklif və hesabatlar nəzərdən keçiriləcək. Bunlara bilik iqtisadiyyatının gücləndirilməsi, korporativ vergi prosedurlarını dövlət ödənişləri ilə əlaqələndirən sistemin yaradılması, iqtisadi diplomatiyanın təsiri və performansının qiymətləndirilməsi, sosial mənzil proqramlarının və subsidiyalaşdırılan mənzil kreditlərinin inkişaf etdirilməsi, turizm siyasətinin qiymətləndirilməsi və gələcək kənd təsərrüfatı şəhərləri ilə bağlı imkan və çağırışların nəzərdən keçirilməsi daxildir.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













