Almaniyada sursatla dolu poliqon yanır, yüzlərlə insan təxliyə edilib
Far.Az xəbər saytı

Almaniyada sursatla dolu poliqon yanır, yüzlərlə insan təxliyə edilib


Qərbi Almaniyada, isti hava şəraitində hakimiyyət orqanları keçmiş poliqonda baş verən meşə yanğını səbəbindən Trayzen bələdiyyəsinin bütün sakinlərini təxliyə edib.

"Report" xəbər verir ki, bu barədə "Tagesschau" nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, yanğın səbəbindən "sursatla dolu" ərazidən təxminən 650 nəfər təxliyə edilib. Yanğın əvvəllər mərmilərin atıldığı təbiət qoruğunda baş verib. Yanğın köhnə sursatların partlamasına səbəb olub və bu da təcili yardım xidmətlərinin işini çətinləşdirib.

Hakimiyyət orqanlarının məlumatına görə, yanğın ötən günortadan sonra dik yamacda başlayıb. İyunun 28-də yanğın 2,7 hektar əraziyə yayılıb. Trayzen sakinləri qonşu bələdiyyədəki idman kompleksində yerləşdirilib. Təqaüdçülərə və üç yaşınadək uşaqları olan analara oteldə yerləşmə təklif olunub.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər