NYT: Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar
ABŞ Prezidenti Donald Trampın oğullarına qismən məxsus olan "Dominari Securities" investisiya şirkəti Qazaxıstanda volfram mədənini inkişaf etdirən şirkətin beşdə birinə sahibdir.
"Far.Az" xəbər verir ki, bu açıqlama "The New York Times" (NYT) qəzetində dərc olunmuş məqalədə yer alıb.
Söhbət 2025-ci ilin noyabr ayında "Tau-Ken Samruk" ilə Qazaxıstanda volfram yataqlarının birgə işlənməsi barədə müqavilə imzalayan Amerikanın "Kaz Resources" şirkətindən gedir. Danışıqlar zamanı Erik və Donald Trampın səhmlərinə sahib olduğu "Dominari Securities" şirkətinin investorları Qazaxıstan layihəsində 20 faizlik pay əldə ediblər.
Eyni zamanda, ABŞ ticarət naziri Hovard Lutnikin oğulları Brandon və Kayl Lutnikin nəzarətində olan "Cantor Fitzgerald" investisiya şirkəti bir investora eyni layihəyə investisiya qoymaq üçün 210 milyon dollar toplamağa kömək edib. Qəzetin məlumatına görə, "Cantor Fitscerald" bu cür xidmətlərə görə milyonlarla dollar ala bilərdi.
Amerika liderinin oğulları və onların tərəfdaşları ABŞ və Qazaxıstan nümayəndələrinin 6 noyabr 2025-ci ildə Vaşinqtonda yataqların birgə işlənməsi haqqında saziş imzalamasından altı gün əvvəl yuxarıda adı çəkilən layihəyə investisiya qoymuşdular.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













