Rusiyanın zərbələri Ukraynanın 8 vilayətinin bir hissəsini işıqsız qoyub
Far.Az xəbər saytı

Rusiyanın zərbələri Ukraynanın 8 vilayətinin bir hissəsini işıqsız qoyub


Rusiyanın atəşi nəticəsində Ukraynanın səkkiz vilayətində elektrik enerjisi təchizatında fasilələr yaranıb.

"Report" Ukraynanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, elektrik enerjisinin verilməsindəki fasilələr Dnepropetrovsk, Donetsk, Zaporojye, Odessa, Xarkov, Sumı, Poltava və Xerson vilayətlərində qeydə alınıb.

"Ən mürəkkəb vəziyyət Sumı vilayətindədir. Orada hərbi əməliyyatlar və Rusiyanın atəşə tutması nəticəsində enerji obyektlərinin zədələnməsi səbəbindən çox sayda istehlakçı işıqsız qalıb", – qurumun teleqramdakı məlumatında bildirilib.

Qeyd edilib ki, energetiklər elektrik təchizatını ən qısa zamanda bərpa etmək üçün çalışırlar.

Oxşar xəbərlər

Azərbaycanda Energetiklər Günü qeyd olunur
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var
Rusiya Xarkov, Sumı və Odessa vilayətlərinə hücum edib, 1 ölü, 10-dan çox yaralı var
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər