"Ermənistan Elektrik Şəbəkələri" ictimai müəssisə kimi tanına bilər
Ermənistan hökuməti iyulun ortalarında "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin ictimai müəssisə kimi tanınması məsələsinə baxacaq.
"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şirkətin müvəqqəti idarəedicisi Romanos Petrosyan bildirib.
Onun sözlərinə görə, gələcəkdə şirkət konsessiya idarəetməsinə verilə bilər. Bununla yanaşı, konsessioner həmçinin infrastrukturun inkişafına investisiyalar yatırmağa borclu olacaq.
Daha əvvəl hökumətdə qeyd edilib ki, şirkətin statusu ilə bağlı qərar iyulda qəbul ediləcək.
Məlumat üçün qeyd edək ki, konsessiya idarəetməsi dövlətə məxsus əmlakın və ya xidmət sahələrinin müəyyən müddətə və şərtlərlə özəl (yerli və ya xarici) investorlara, şirkətlərə verilməsidir.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Paşinyan: Ümumi istifadədə olan çaylardan birgə yararlanmaq qaydalarının Azərbaycanla müzakirəsi vacibdir













