Hindistan və Səudiyyə Ərəbistanı əməkdaşlığa dair memorandum imzalayıb
Far.Az xəbər saytı

Hindistan və Səudiyyə Ərəbistanı əməkdaşlığa dair memorandum imzalayıb


Hindistan və Səudiyyə Ərəbistanı su ehtiyatları sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.

"Report" Hindistanın Ər-Riyaddakı səfirliyinə istinadən xəbər verir ki, sənəd Ciddədə keçirilən "Saudi Water Week" çərçivəsində Hindistanın Səudiyyə Ərəbistanındakı səfiri Suhel Xan və Səudiyyə Ərəbistanının ətraf mühit, su ehtiyatları və kənd təsərrüfatı naziri Əbdülrəhman Əl-Fədli tərəfindən imzalanıb.

Memorandum su ehtiyatlarının planlaşdırılması, su ehtiyatlarının davamlı idarə edilməsi, irriqasiya sistemləri və digər əlaqədar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına, potensialın gücləndirilməsinə və qabaqcıl təcrübə mübadiləsinə yönəlib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər