Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
"Far.Az" xəbər verir ki, iclasda mərkəzin birinci yarımil üzrə fəaliyyətinə dair hesabatı dinlənilib, habelə "Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.
Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra mərkəzin İcraçı direktoru Samir Mahmudov birinci yarımili üzrə qurumun fəaliyyəti, onun işinin təşkili, kadrların formalaşdırılması, həmçinin fəaliyyət istiqamətləri ilə əlaqədar görülmüş işlər, gələcək hədəflər və planlar barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
İclasda həmçinin Mərkəz tərəfindən əvvəlki dövrlərdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər də müzakirə edilib.
Sonda Mərkəzin və İnstitutun cari fəaliyyəti ilə əlaqədar olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, növbəti il üçün planlar və hədəflər müzakirə edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi













