Azərbaycan ilə Xorvatiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan ilə Xorvatiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda səfərdə olan Xorvatiyanın Müdafiə Nazirliyinin Müdafiə Akademiyasının dekanı polkovnik Goran Huljev, "Katarina Zrinska" adına Xarici Dillər Mərkəzinin direktoru İrina Prifi Duriç və digər nümayəndə heyəti Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunu və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.
Keçirilən görüşlərdə Azərbaycan ilə Xorvatiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, hərbi kadrların hazırlanması, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.
Nümayəndə heyətinə hər iki təhsil müəssisəsinin tarixi, tədris prosesi və maddi-texniki bazası barədə ətraflı məlumat verilib, qonaqlar tədris infrastrukturu ilə yaxından tanış olublar.
Səfər çərçivəsində hər iki ölkənin nümayəndələri hərbi təhsil sistemi və təhsil müəssisələrinin fəaliyyəti, eləcə də bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qarşılıqlı brifinqlər təqdim edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













