Batumidə İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı  saxlanılıb
Far.Az xəbər saytı

Batumidə İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb


Batumidə (Gürcüstan) İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

Bu barədə "Far.Az" Gürcüstanın Daxili İşlər Naziriliyinə istinadən xəbər verir.

Nazirlikdən qeyd edilib ki, hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş verilmə prosedurları həyata keçirilir.

"Acarıstan Kriminal Polisi Mərkəzi İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan Respublikası vətəndaşını həbs ediblər. Saxlanılan şəxs bir sıra ağır cinayətlər törətdiyinə görə Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpol xətti ilə axtarışa verilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq hərəkətlərinin yekunlarına əsasən axtarışda olan şəxsi Batumidə saxlayıblar", - bildirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
İdmançılarımız Batumidə rinqə çıxacaqlar
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər