XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
Far.Az xəbər saytı

XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib


Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi keçirilib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, XV Beynəlxalq İpək Yolu Festivalı müxtəlif xalqların musiqi və mədəniyyətini bir araya gətirən, ölkələr arasında mədəni dialoqun və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən platformadır.

Festival çərçivəsində Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən "Seytek" Milli Uşaq və Gənclər Mərkəzinin "Ak-Niyyət" Xalq Xoreoqrafiya Ansamblı milli rəqs nümunələrini təqdim edib.

Həmçinin Çini təmsil edən Zhejiang (Cjetszyan) Tədqiqat İnstitutunun Şaocü Opera Sənəti Ansamblı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Yue operasının əbədi cazibəsi" adlı konsert proqramı ilə çıxış edib.

Dünyanın 20-dən çox ölkəsində çıxış edən kollektivin proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

XV Beynəlxalq İpək Yolu Festivalı növbəti günlərdə də müxtəlif ölkələrdən gələn musiqi və rəqs kollektivlərinin iştirakı ilə konsertlər, yaradıcılıq proqramları və digər mədəni tədbirlərlə davam edəcək.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər