Filadelfiyada ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə zaman kapsulu basdırılıb
Far.Az xəbər saytı

Filadelfiyada ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə zaman kapsulu basdırılıb


Filadelfiya şəhərində ABŞ-nin müstəqilliyinin 250 illiyi şərəfinə zaman kapsulu basdırılıb.

"Far.Az" "Fox News"a istinadən xəbər verir ki, mərasim 1776-cı ildə ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbul edildiyi şəhərdə keçirilib.

Qeyd olunur ki, kapsul çəkisi təxminən 400 kq olan və 4,5 m dərinliyə yerləşdirilmiş paslanmayan polad silindrdən ibarətdir.

ABŞ-nin bütün ştatları, Amerikanın iri təşkilatları, Konqres Kitabxanası, Ali Məhkəmə, eləcə də idman assosiasiyaları kapsul üçün öz artefaktlarını təqdim ediblər.

Gələcək nəsillər üçün nəzərdə tutulan əşyalar arasında qubernatorların məktubları, "iPhone 17 Pro Max" smartfonu, xatirə sikkələri, süni intellekt tərəfindən yaradılmış proqnoz, bayraqlar, açıqcalar və fotoşəkillər var.

Təşkilatçıların planına əsasən, kapsul 250 ildən sonra - 2276-cı ildə açılacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər