İbrahim Yaqanov: Rusiyanın yerli xalqlarının nümayəndələri Ukrayna ilə müharibəyə məcburi göndərilir
Bu gün Rusiyanın əyalətlərində yerli xalqlar, xüsusən də kiçik xalqlar zorla hərbi xidmətə çağırılır və Ukrayna ilə müharibəyə göndərilir.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Dünya Çərkəz Agentliyi Hərəkatının təmsilçisi İbrahim Yaqanov "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransda Fransadan videobağlantı vasitəsilə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, çərkəzlər də bir çox digər xalqlar kimi bu müharibəyə cəlb olunur və artıq çox sayda çərkəz bu müharibədə həyatını itirib.
"Çərkəzlərin bu müharibəni dəstəkləmək üçün heç bir səbəbi və öhdəliyi yoxdur. Buna baxmayaraq, Rusiyanın hüquq-mühafizə orqanları gənclərimizi zorakılıqla həbs edir və Ukraynaya - cəbhəyə aparır. Rusiya qüvvələri gecə basqınları həyata keçirir, insanları həbs edir və onları çətin bir seçim qarşısında qoyur: ya hərbi xidmətdən imtina görə həbsxanaya, ya da müqavilə imzalayıb müharibəyə göndərilmə seçimi verilir", - İ.Yaqanov bildirib.
O iddia edir ki, saxlanılanların bir hissəsi ailələrinin təqib olunacağından qorxaraq müqavilə imzalayır, imtina edənlər isə onun sözlərinə görə, həbsxanaya göndərilir və orada elə qeyri-insani işgəncələrə məruz qalırlar:
"İmtina edənlər həbsxanaya göndərilir və orada elə qeyri-insani işgəncələrə məruz qalırlar ki, həbsxanadan qaçmaq üçün sonda müqaviləni imzalamağa - müharibəyə gedib ölməyə razı olurlar. Hansı məqsədlə? Onlar nəyin uğrunda vuruşurlar? Düşmən kimdir? Cavab yoxdur. Əvəzində çaşqınlıq, qorxu və zorakılıq var".
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi













