Saatlı rayon şöbəsinin sabiq rəhbəri barədə cinayət işi tamamlandı
Far.Az xəbər saytı

Saatlı rayon şöbəsinin sabiq rəhbəri barədə cinayət işi tamamlandı


Rüşvət almaqda təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisini vəzifəsini icra etmiş Murad Məmmədhəsən oğlu Əhmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən şəxs barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İstintaqla Murad Əhmədovun 2024-2025-ci illərdə sözügedən vəzifədə işləyərkən sağlamlıq vəziyyətlərinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Murad Əhmədova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrarən rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Hərbi xidmətə çağırışla bağlı rüşvət ittihamı: vəzifəli şəxs həbs edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər