Azərbaycan iqtisadi nümayəndə heyəti yaxın zamanlarda İordaniyaya səfər edəcək
Azərbaycan iqtisadi nümayəndə heyəti yaxın zamanlarda İordaniyaya səfər edəcək.
"Far.Az" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı iqtisadi əməkdaşlıq, gələcək perspektiv barəsində geniş müzakirələr aparıblar:
"Hazırkı iqtisadi əməkdaşlığa baxdıqda böyük potensialın mövcud olduğunu demək olar, bu mənada, indiki vəziyyət bizi qane etmir. Hesab edirik ki, hər iki ölkədə mümkün investisiya layihələrinə nəzər salmalıyıq, bunun üçün imkanlarımız var".
Nazir əlavə edib ki, iki ölkə arasında dostluq bağlarının dərinləşməsi üçün humanitar sahədə əməkdaşlığın dərinləşməsi ilə bağlı razılıq əldə etdik:
"Ölkələrimiz müxtəlif regionlarda humanitar yardımlar həyata keçirir. Bu da bizim birlikdə atdığımız addımların vacib istiqamətlərindən biridir".
C.Bayramov deyib ki, görüş zamanı turizm perspektivi də qiymətləndirilib.
"Mayın sonundan müntəzəm reyslər açılıb, reyslərin sayının artırılmasına ehtiyac var, biz bunu müzakirə etdik", - o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













