"İstəklilər koalisiyası"nın görüşü iyulun 13-də Parisdə keçiriləcək
Far.Az xəbər saytı

"İstəklilər koalisiyası"nın görüşü iyulun 13-də Parisdə keçiriləcək


"İstəklilər koalisiyası"nın iştirakçıları Ukraynaya gələcək dəstəyi müzakirə etmək üçün iyulun 13-də Parisdə yenidən görüşəcəklər.

"Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Emmanuel Makron NATO-nun Ankarada keçirilən sammitinin yekunlarına dair bildirib.

Fransa liderinin sözlərinə görə, görüşdə Rusiyanın "kölgə donanması"na qarşı mübarizə tədbirləri, müdafiə sahəsində yeni təşəbbüslər, Ukraynanı dəstəkləmək üçün iştirakçı ölkələrin sənayesinin səfərbər edilməsi, eləcə də Kiyevə əlavə yardım tədbirləri müzakirə olunacaq.

Bundan əlavə, Makron bildirib ki, "İstəklilər koalisiyası" ölkələri birgə hərbi təlimlər keçirməyi planlaşdırır və onun sözlərinə görə, bu təlimlər Ukraynaya dəstəyin planlaşdırılması üzrə birgə işi möhkəmləndirməli və təsdiq etməlidir.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər