Tramp: ABŞ-nin İrana yeni zərbələri gəmilərə hücumların qisasıdır
Far.Az xəbər saytı

Tramp: ABŞ-nin İrana yeni zərbələri gəmilərə hücumların qisasıdır


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerikanın İrana yeni zərbə dalğası Tehranın gəmilərə hücumlarına cavabdır.

"Report"un məlumatına görə, o, bununla bağlı 8 iyulda "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Bu, İranın dünən gəmilərə hücumlarına görə qisasdır. Əgər bu, təkrarlansa, vəziyyət daha da pisləşəcək", - Tramp yazıb və paylaşımına, ehtimal ki, İran ərazisində yanan bir obyektin fotosunu əlavə edib.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Tehranın Hörmüz boğazına nəzarət etmək qabiliyyətini zəiflətmək üçün Amerika hərbçilərinin İrana hücumları bərpa etdiyini bildirib.

Oxşar xəbərlər

Dərnəgüldə yanan obyektin malları daşınır
Dərnəgüldə yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Lökbatanda yanan anbardakı mallar təhlükəsiz əraziyə daşınır - YENİLƏNİB-4
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər