Dağıstanda güclü leysan yağışlarına görə fövqəladə vəziyyət elan edildi
Dağıstanın Qerqebil rayonunda əlverişsiz hava şəraiti və suyun səviyyəsinin kəskin yüksəlməsi səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub.
BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Komissiyası təcili iclas keçirərək xüsusi rejimin tətbiqi barədə yekdilliklə qərar qəbul edib. Müvafiq sərəncamı rayon rəhbəri Məhəmmədəli Tağırov imzalayıb.
Daşqınlar rayonun bir neçə kənd yaşayış məntəqəsini əhatə edib və suyun səviyyəsi artmaqda davam edir. Yerli hakimiyyət sakinləri diqqətli olmağa, təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
İyulun 7-8-də Dağıstan ərazisində yağan güclü leysan yağışları nəticəsində bir çox yaşayış məntəqəsində subasmalar qeydə alınıb, yolların bəzi hissələri yuyulub, həmçinin elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Oxşar xəbərlər
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib













