ABŞ səfirliyi Azərbaycan diplomatlarını peşə bayramı münasibətilə təbrik edib
Far.Az xəbər saytı

ABŞ səfirliyi Azərbaycan diplomatlarını peşə bayramı münasibətilə təbrik edib


ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ilə sıx əməkdaşlığı, eləcə də azərbaycanlı diplomatların öz işinə sadiqliyini və peşəkarlığını yüksək qiymətləndirir.

"Far.Az" xəbər verir ki, bu barədə diplomatik missiyanın Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə ABŞ-nin Bakıdakı Səfirliyi Azərbaycanın diplomatik xidmətində çalışan bütün dostlarımızı və həmkarlarımızı səmimi-qəlbdən təbrik edir. Səfirlik Azərbaycan XİN ilə sıx əməkdaşlığımızı yüksək qiymətləndirir və beynəlxalq dialoqun inkişafına, ABŞ və dünyanın müxtəlif ölkələri ilə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdikləri mühüm töhfəyə görə Azərbaycan diplomatlarının peşəkarlığını, fədakarlığını və yüksək məsuliyyət hissini böyük ehtiramla qeyd edir. Azərbaycanın diplomatik xidmət orqanlarının bütün əməkdaşlarına məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayır, ABŞ ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi naminə əməkdaşlığımızın davam edəcəyinə inanırıq.", - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər