Azərbaycan süni intellektin idarə olunması üzrə ilk Qlobal Dialoqa qoşulub
Far.Az xəbər saytı

Azərbaycan süni intellektin idarə olunması üzrə ilk Qlobal Dialoqa qoşulub


Azərbaycan BMT-nin İsveçrənin Cenevrə şəhərində keçirilən süni intellektin idarə olunması üzrə ilk Qlobal Dialoqunda ("Global Dialogue on AI Governance") iştirak edib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş çıxışında süni intellekt texnologiyalarının inkişaf sürətinin mövcud idarəetmə mexanizmlərini üstələdiyini bildirərək, AI sistemlərinin insan hüquqlarına, təhlükəsizliyə və cəmiyyətə təsirlərinin idarə olunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Forum çərçivəsində keçirilən sessiyalarda AI sistemlərinin təhlükəsizliyi, kibertəhlükəsizlik, dezinformasiyaya qarşı mübarizə, dövlət idarəçiliyində süni intellektdən istifadənin prinsipləri və etibarlı AI ekosisteminin formalaşdırılması məsələləri müzakirə olunub.

Xüsusilə "Artificial Insecurity: AI and Cybersecurity" sessiyasında böyük dil modelləri (LLM), agent əsaslı süni intellekt sistemləri və generativ AI texnologiyalarının yaratdığı yeni kibertəhlükəsizlik riskləri diqqət mərkəzində olub. Ekspertlər AI həllərinin hazırlanmasının ilk mərhələsindən etibarən "security-by-design" və "trustworthy AI" prinsiplərinin tətbiqinin vacibliyini qeyd ediblər.

"Information Integrity in the Age of AI" sessiyasında isə "deepfake" texnologiyalarının, generativ AI vasitəsilə yayılan dezinformasiyanın və informasiya manipulyasiyasının yaratdığı risklər müzakirə edilib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər