Dövlət Yol Polisi: Nasaz avtomobillər nəqliyyatın sıxlığına gətirib çıxarır
Nasaz avtomobillər nəqliyyatın sıxlığına gətirib çıxarır.
"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, sürücülər nasaz halda olan nəqliyyat vasitələrini idarə etməməlidir: "Bu gün baş verən yol-nəqliyyat hadisələrinin səbəblərindən biri texniki nasazlıqdır. Eyni zamanda, bu hal xüsusilə paytaxtda daha çox sıxlığa gətirib çıxarır. Avtomobil idarə edərkən baxırsınız ki, sıxlıqdır. Bir az irəlilədikdən, müəyyən məsafə qət etdikdən sonra görürük ki, bir avtomobil hərəkətin intensiv olduğu yolda dayanıb və demək olar ki, bir zolağı bağlayıb. İstər-istəməz həmin zolaqla gedən nəqliyyat vasitələri məcbur olaraq digər zolağa keçməli olurlar. Bu, saniyəlik dayanmalara, sıxlığın yaranmasına səbəb olur və hətta ağır nəticəli yol-nəqliyyat hadisələrinə gətirib çıxarır".
"Nəqliyyat vasitələrinin sazlığına diqqət yetirmək lazımdır. Avtomobildəki detalların əksəriyyətinin bir-birinə zəncirvari bağlılığı var. Bu, həm xərci artırır, həm də gözləmədiyiniz bir anda, harasa tələsdiyiniz zaman sizi yolda qoya bilər. Ona görə mütləq şəkildə vaxtı-vaxtında nəqliyyat vasitələri texniki baxışa təqdim olunmalıdır. Ümumilikdə, son olaraq deyim ki, nasaz nəqliyyat vasitəsinin istismarı da bir yol hərəkəti qayda pozuntusudur. Ona görə də hər bir sürücü bu məsələlərdə diqqətli olmalıdır, buna adi yanaşmaq olmaz. Nəzərə almaq lazımdır ki, ani diqqətsizlik böyük hadisələrin baş verməsinə gətirib çıxara bilər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ağdam Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb













