"Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Konfrans Liqasında əsas mərhələyə yüksəlməyə çalışırıq"
"Neftçi" komandası daha da güclənəcək.
"Report"un məlumatına görə, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub jurnalistlərə açıqlamasında deyib.
Ukraynalı mütəxəssis komandanın hazırlığı barədə danışıb:
"Təlim-məşq toplanışımız yaxşı keçdi. Güclü rəqiblərlə yoxlama oyununda üz-üzə gəldik. Bütün oyunçulara eyni səviyyədə yükləmələr vermişik. Hər birinə eyni sayda oyun praktikası verməyə çalışdıq. Hazırlıq prosesindən razı qaldım. Əsas toplanışı zədəsiz başa vurmaq idi. Hər şey istədiyimiz kimi davam edir. Komandada yeni oyunçular var, amma axtarışlarımız davam edir. Hansı mövqelərə ehtiyacımızın olduğunu bilirik. Bu yöndə işlər gedir, səhv etmək istəmirik. Komanda daha da güclənəcək".
Y. Vernidub klubun hədəflərindən söz açıb:
"Söz vermək başqa, ona əməl etmək tamam başqa şeydir. Əminliklə deyə bilərəm ki, Konfrans Liqasında əsas mərhələyə yüksəlməyə çalışırıq. Bu, asan olmayacaq. Püşkdən də çox şey asılıdır. Birinci rəqibi keçməli, sonra digərləri haqqında fikirləşməliyik".
O, avrokuboklardakı rəqiblərinin ölkə çempionatlarında lider olduğunu bildirib:
"Bizi asan qarşılaşmalar gözləmir. Matçlarda əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi ilk matçını iyulun 22-də Bakıda keçirəcək. Cavab görüşü iyulun 30-da baş tutacaq.
Oxşar xəbərlər
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Efiopiyanın Baş naziri "ASAN xidmət"də olub
Yuri Vernidub "Neftçi"yə baş məşqçi təyin edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir"
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
Mahir Məmmədov FIDE prezidenti Timur Turlovla əməkdaşlığı müzakirə edib













