Nikuşor Dan: Rumıniya Ermənistanın Aİ-yə daxil olmaq səylərini dəstəkləyir
Rumıniya Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq səylərini dəstəkləyir.
"Far.Az" xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan Buxarestdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
"Biz Qərbi Balkan ölkələrinin, Moldovanın, Ukraynanın, eləcə də Ermənistanın bu baxımdan səylərini dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Aİ sülh məkanı və rifah üçün imkan deməkdir, buna görə də biz onu dəstəkləyirik", - o qeyd edib.
Paşinyan isə bildirib ki, tərəflər daha sıx siyasi dialoq aparmaq və sahələr üzrə birgə proqramlar hazırlamaq barədə razılığa gəliblər.
"Bu gün ikitərəfli münasibətlərimizin iqtisadi aspektlərini hərtərəfli müzakirə etdik, ticarət və investisiyaların inkişafının vacibliyini vurğuladıq", - o qeyd edib.
Onlar biznes-forumların keçirilməsinin vacibliyini vurğulayıb və Ticarət-iqtisadi və Elmi-texniki Əməkdaşlıq üzrə Ermənistan-Rumıniya Komissiyasının işinin bərpa edilməsi məsələsinə toxunublar. Dan və Paşinyan bərpaolunan enerji, yüksək texnologiyalar, qida sənayesi, əczaçılıq və turizm sahələrində praktiki proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, diplomatlar Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.
Oxşar xəbərlər
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













