Şuşada "Kitab dayanacağı" istifadəyə verilib
Far.Az xəbər saytı

Şuşada "Kitab dayanacağı" istifadəyə verilib


Vaqif Poeziya Günləri çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell Telekom" MMC və "Aztelekom" MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində "Kitab dayanacağı" – ilk açıq hava kitabxanası istifadəyə verilib.

Mədəniyyət Nazirliyindən "Far.Az"a bildirilib ki, layihənin məqsədi mədəniyyət paytaxtı Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir.

Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, "Azercell"in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər.

Çıxışlarda bildirilib ki, açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə "Kitab dayanacağı" 24 saat fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər.

"Kitab dayanacağı"nın ilk qonağı müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Vahid Əziz olub.

Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Xalq şairinin yaradıcılıq yolundan söz açılıb.

V.Əziz şeirlərini səsləndirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər