Xırdalanda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Xırdalanda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB-2


Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə "Far.Az"a FHN-nin Mətbuat xidmətindən bildirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

20:38

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə "Far.Az"a FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xiıasetmə Xidmətinin qüvvələri tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

20:26

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

"Far.Az"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, yanğın hadisəsi Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Xırdalanda yaşayış binasındakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda mebel və taxta materialları sexindəki yanğın tam söndürülüb - YENİLƏNİB-4
Xətaidəki güclü yanğın məhdudlaşdırılıb - VİDEO- YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər