Xırdalanda yaşayış binasındakı yanğının təfərrüatları açıqlanıb
Far.Az xəbər saytı

Xırdalanda yaşayış binasındakı yanğının təfərrüatları açıqlanıb


Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt avtomobil yolunun 7-ci km-də yerləşən 11 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər pəncərə çərçivələri və kondisionerlər yanıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi Elxan Bədəlov jurnalistlərə açıqlamasında deyib.

"Yanğının səbəbi araşdırılır. Əlavə məlumat veriləcək", - DYMX əməkdaşı bildirib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Oxşar xəbərlər

Xırdalanda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Xırdalanda yaşayış binasındakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Bakıda yataqxanada yanğın olub, 5 nəfər təxliyə edilib - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər