Azərbaycan və Tacikistan nümayəndələri PUA bölmələrinin hazırlığı sahəsində əməkdaşlığı müzakirə ediblər
Far.Az xəbər saytı

Azərbaycan və Tacikistan nümayəndələri PUA bölmələrinin hazırlığı sahəsində əməkdaşlığı müzakirə ediblər


"Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən "PUA bölmələrin, ordu dronlarının və dron operatorların hazırlığı sahəsində təcrübə mübadiləsi" mövzusunda görüş keçirilib.

Bu barədə "Far.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə qonaqlara Azərbaycan Ordusunun PUA sahəsində mövcud imkanları və perspektivləri barədə təqdimatlar nümayiş etdirilib.

Azərbaycan Ordusunun Vətən müharibəsi və sonrakı dövrlərdə keçirilən əməliyyatlar zamanı bu sahədə əldə etdiyi uğurlar barədə danışılıb.

Tərəflər müvafiq sahənin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər