Britaniyanın yeni Baş naziri Tramp və Zelenski ilə telefon danışıqları aparacaq
Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem bildirib ki, vəzifəsinin icrasına başladıqdan sonra ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqları aparmaq niyyətindədir.
"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə E.Bernem Britaniya hökumətinin başçısı vəzifəsinin rəsmi şəkildə icrasına başlamazdan əvvəl lentə alınmış videomüraciətində bildirib.
O qeyd edib ki, Zelenski ilə söhbət zamanı Londonun Ukraynaya dəstək məsələsindəki mövqeyinin dəyişməzliyini təsdiq etmək niyyətindədir: "Bu gün daha sonra mən Volodimir Zelenskiyə aydın şəkildə bildirəcəyəm ki, heç bir dəyişiklik yoxdur. Eynilə Kir Starmer (Böyük Britaniyanın sabiq baş naziri - red.) kimi, mən də 100 % onun yanında olacağam".
E.Bernemin sözlərinə görə, Böyük Britaniyanın Ukraynaya dəstəyi "sarsılmaz və qətiyyətli" olaraq qalır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













