Salkın Sarnoqoyeva: Qırğızıstan Azərbaycanla birgə media layihələrinə ümid edir
Azərbaycanlı jurnalistlərin Qırğızıstana səfərinin yekunları təkcə informasiya mübadiləsinə yox, həm də birgə media layihələrinə şərait yarada bilər.
"Report"un Çolpon-Ataya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Salkın Sarnoqoyeva bildirib.
"Ümid edirəm ki, səfərimizin yekunlarına görə biz təkcə informasiya mübadiləsi aparmayacağıq, həm də birgə media layihələri həyata keçirəcəyik. Ola bilsin ki, bizim birgə informasiya resurslarımız yaransın. Biz əməkdaşlığa açığıq, təkliflərinizi nəzərdən keçirməyə hazırıq və sizinlə gələcəkdə də işləməyi çox istəyirik", - o qeyd edib.
S.Sarnoqoyevanın sözlərinə görə, jurnalistlər üçün mediaturların keçirilməsi artıq bir ənənəyə çevrilib. Qırğızıstan Prezidentinin mətbuat katibinin təklifi ilə həyata keçirilən təşəbbüs əvvəllər Özbəkistan və Tacikistanı əhatə edib, indi isə Azərbaycan mediası nümayəndələrinin səfəri ilə davam edir.
"Bu gün media nümayəndələri arasında əməkdaşlığı gücləndirmək xüsusilə vacibdir. Dünyada dezinformasiya, saxta materiallar və informasiya hücumları yayıldığı bir vaxtda biz maksimum dərəcədə həmrəy olmalı, informasiya mübadiləsi aparmalı və birlikdə işləməliyik", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, bu gün ənənəvi media elə bir yeni şəraitdə fəaliyyət göstərir ki, onlarla yanaşı informasiyanın anında yayılmasını təmin edən blogerlər və rəqəmsal platformalar da informasiya məkanına əhəmiyyətli təsir göstərir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Təyyarə qəzasında oğlunu itirən ataya xəbəri belə verdilər: "Osman əmi, sən artıq şəhid atasısan"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir"
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək













