Rövşən Məmmədov: AzTV İranın informasiya hücumlarına cavab verməyə davam edəcək - VİDEO
AzTV-də yayımlanan "Həftə" analitik-informasiya verilişində Rövşən Məmmədov İranın Kəşfiyyat Nazirliyinin açıqladığı "İrana düşmən olan media qurumları" siyahısında Azərbaycan Televiziyasının da yer almasına münasibət bildirib.
"Far.Az"un məlumatına görə, o qeyd edib ki, 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən İran mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası və informasiya hücumları aparıb. Bunun əksinə olaraq, Azərbaycan mediası bu gün İran ətrafında baş verən hadisələri yalnız xəbər prinsipləri çərçivəsində işıqlandırır, hər hansı dezinformasiya və informativ hücumlara yol vermir.
Rövşən Məmmədov bildirib ki, belə bir şəraitdə İranın Kəşfiyyat Nazirliyinin "İrana düşmən olan media qurumları" siyahısına AzTV-ni də daxil etməsi təəccüb doğurur. Onun sözlərinə görə, Azərbaycan Televiziyasının bu siyahıya hansı əsasla salındığı bəlli deyil.
O, həmçinin bildirib ki, bunun səbəbi 44 günlük Vətən müharibəsi dövründə və sonrakı illərdə İran mediasının Azərbaycan əleyhinə yaydığı dezinformasiyalara AzTV-nin faktlara əsaslanan cavabları ola bilər.
Rövşən Məmmədov vurğulayıb ki, 100 illik tarixə malik Azərbaycan Televiziyası informasiya cəbhəsində ölkəmizə qarşı yönələn bütün hücumlara indiyədək olduğu kimi, bundan sonra da qarşı tərəfin kimliyindən asılı olmayaraq cavab verməyə davam edəcək.
Daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA













