Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
Türkiyədə TANAP və "SOCAR Türkiyə"nin İdarə heyətlərinin iclası keçirilib.
"Far.Az" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" hesabında paylaşım edib.
R.Nəcəf qeyd edib ki, iclasda "SOCAR Türkiyə"nin fəaliyyət nəticələri və strateji layihələrin icra vəziyyəti dəyərləndirilib, əməliyyat səmərəliliyi, rəqəmsal transformasiya, innovasiya və dayanıqlı artım üzrə qarşıdakı dövrün əsas prioritetləri müzakirə edilib.
O, həmçinin əlavə edib ki, TANAP üzrə isə layihənin Türkiyə və Avropanın enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfə, əməliyyat göstəriciləri və növbəti mərhələ üçün əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib:
"Əldə etdiyimiz bütün nəticələrin arxasında güclü komandalarımızın böyük əməyi dayanır. Əminəm ki, fəaliyyət modelimiz və uzunmüddətli strateji baxışımızla Türkiyənin enerji gələcəyinə dəyər qatmağa, regionun enerji təhlükəsizliyini daha da gücləndirməyə və ölkələrimiz arasındakı strateji müttəfiqliyi möhkəmləndirməyə davam edəcəyik".
Bu gün qardaş Türkiyədə TANAP-ın və “SOCAR Türkiye”nin İdarə heyətlərinin iclaslarını keçirdik.
— Rovshan Najaf (@RovshanNajaf) July 30, 2026
SOCAR Türkiye-nin fəaliyyət nəticələrini və strateji layihələrimizin icra vəziyyətini dəyərləndirdik, əməliyyat səmərəliliyi, rəqəmsal transformasiya, innovasiya və dayanıqlı artım… pic.twitter.com/TE9rGS6jbL
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ağdam Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb













