Apple "Telegram"ı müvəqqəti "App Store"dan sildi - Səbəb
"Apple" şirkəti "Telegram" tətbiqini qısa müddət ərzində dünya üzrə "App Store" platformasından silib.
Far.Az xəbər verir ki, şirkət qərarın tətbiqdə aparılan yoxlama zamanı uşaqların cinsi istismarı ilə bağlı qadağan olunmuş materialların aşkar edilməsi ilə əlaqədar verildiyini açıqlayıb.
Məlumata görə, yoxlamadan sonra "Telegram" müvəqqəti olaraq App Store-dan çıxarılıb. Daha sonra messencerin nümayəndələri tətbiqin yenidən mağazada əlçatan olduğunu təsdiqləyiblər.
"Apple" bildirib ki, tətbiq yalnız tərtibatçı tərəfindən aşkar edilən qadağan olunmuş məzmun operativ şəkildə silindikdən və həmin materialı paylaşan istifadəçi bloklandıqdan sonra yenidən bərpa edilib.
"Telegram" komandası isə hadisəyə sosial şəbəkədə ironik paylaşım edərək münasibət bildirib:
"Mənim ölümüm barədə yayılan xəbərlər xeyli şişirdilib".
Hazırda "Telegram" tətbiqi "App Store" üzərindən istifadəçilər üçün yenidən yüklənə bilir.
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib













