FHN metroda birgə təlim keçirib
Fövqəladə Hallar Nazirliyi və "Bakı Metropoliteni" QSC metronun "8 Noyabr" və "Memar Əcəmi" stansiyalarında taktiki-xüsusi təlim keçirib.
FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, təlimin mövzusu "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili"ndən ibarət olub.
Əvvəlcə, FHN-in "112" qaynar telefon xəttinə metronun "8 Noyabr" və "Memar Əcəmi" stansiyaları arası 2-ci yol mənzilində şərti qısaqapanmadan "yanğın" baş verməsi barədə "məlumat daxil olub" və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və "yanğına ilkin müdaxilə" işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın "söndürülüb", xilasetmə vasitələri tətbiq edilməklə "zərərçəkmişlər ilkin yardım" göstərilməklə təxliyə olunublar.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 43 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
FHN metroda təlim keçirib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
FHN "Bakı Metropoliteni"ndə təlim keçirib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu deputatın mandatı ləğv edildi
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB
-
TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb
-
Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib
-
Fransada etirazlara görə müxtəlif şəhərlərdə həbslər həyata keçirilir













