Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarını təsdiqləyib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə Təhlükəsizlik Xidmətinin Rusiyanın zəiflədilməsinə yönəlmiş yeni əməliyyatlarının keçirilməsini razılaşdırdığını bəyan edib.
"Report" xəbər verir ki, Ukrayna lideri bu barədə teleqram kanalında yazıb.
V.Zelenskinin sözlərinə görə, o, Rusiya qoşunlarına qarşı əməliyyatlar barədə məruzəni dinləyib, Ukrayna Təhlükəsizlik Xidmətinin fəaliyyətinin nəticələri ilə tanış olub və yeni əməliyyatları razılaşdırıb.
"Bu gün mən yeni əməliyyatları razılaşdırdım. Aleksandr Poklad Ukrayna Təhlükəsizlik Xidmətinin avqust ayı üçün prioritetlərini məruzə edib", - o bildirib.
V.Zelenski həmçinin qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərliyinə xidmətin daxili strukturunu "Ukrayna üçün deyil, özləri üçün işləyənlərdən" təmizləməyi davam etdirməyi tapşırıb.
Oxşar xəbərlər
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













