Məhkəmələrə müraciətlərlə bağlı - YENİLİK
Far.Az xəbər saytı

Məhkəmələrə müraciətlərlə bağlı - YENİLİK




“Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində məhkəmələrə elektron qaydada müraciət etmək imkanı genişləndirilir.

Far.Az qafqaz.info-ya istinadən xəbər verir ki, “elektron kabinet” istifadəçisi olan fiziki və hüquqi şəxslər, o cümlədən dövlət orqanları “Elektron kabinet” vasitəsilə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərə biləcək. Eyni zamanda iş üzrə prosesin gedişi, çıxarılan məhkəmə aktları, onlardan verilən şikayət barədə operativ məlumat əldə edəcəklər.

İstifadəçilər məhkəmələrə bu tip iddia ərizələri vermək üçün ilk növbədə “elektron kabinet”ə daxil olmalı, oradan “Yeni ərizə” bölməsinə keçid edərək müvafiq apellyasiya instansiya məhkəməsini seçməli, iddia üzrə zəruri məlumatların daxil edilməsini ardıcıl şəkildə təmin etməli və elektron imza ilə təsdiq etməlidirlər.

Apelyasiya məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr, media ilə bağlı mübahisələr, siyasi partiyalarla bağlı mübahisələr, Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair mübahisələr və digər bu tip işlər üzrə icraatın elektron qaydada aparılması məhkəmələrdə rəqəmsallaşma prosesinin  sürətləndirilməsinə xidmət edəcək.

Far.Az

Oxşar xəbərlər

Bəzi inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərmək mümkün olacaq
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Baş prokuror Xətai rayonunda vətəndaşları qəbul edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər