BTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyik
Far.Az xəbər saytı

BTQ: Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan yerli icmalarla həmrəyik


Bakı Təşəbbüs Qrupu (BTQ) Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımda 9 avqust - Ümumdünya Yerli Xalqlar Günündə biz bütün dünyadakı yerli icmaların əzmkarlığına, mədəniyyətlərinə və kimliklərinə ehtiram ifadə olunub.

"Biz Kanakinin (Yeni Kaledoniya) Kanakları, Maohi Nuinin (Fransa Polineziyası) Maohiləri, Qvadelupa və Martinikanın Kalinaqo və digər Yerli Xalqları, Fransa Qvianasının Yerli Xalqları – o cümlədən Kali'na, Vayana, Vayampi, Teko, Lokono və Palikur – eləcə də Sent-Martin, Boneyr və Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan digər ərazilərdəki yerli icmalarla həmrəylik nümayiş etdiririk", - BTQ-dən bildirilib.

Qeyd edilib ki, onların dilləri, mədəniyyətləri və əcdadlarının torpaqları hörmətə, müdafiəyə və ədalətə layiq olan canlı irsdir: "Bu gün Bakı Təşəbbüs Qrupu qlobal dekolonizasiya gündəliyinin ayrılmaz hissəsi kimi Yerli Xalqların hüquqlarının, ləyaqətinin və öz müqəddəratını təyinetməsinin irəlilədilməsinə sadiqliyini bir daha təsdiq edir".

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər