2 mindən çox insan toya gəldi - Bəylə gəlin başqası oldu
Futbol ulduzu Kriştiano Ronaldo ilə bağlı yayılan toy xəbəri Madeyrada maraqlı anlaşılmazlığa səbəb olub.
Far.Az "axşam.az"a istinadən xəbər verir ki, Ronaldonun sevgilisi Corcina Rodrigeslə bu həftəsonu doğma şəhəri Madeyrada yerləşən Funşal Katedralında evlənəcəyi iddia edilib. Bu xəbərə inanan 2 mindən çox azarkeş kilsənin qarşısına toplaşıb.
Lüks "Rolls-Royce" avtomobili kilsənin qarşısına gələndə isə izdiham daha da böyüyüb. Fanatlar avtomobildəki qadının Corcina olduğunu düşünərək maşını mühasirəyə alıblar.
Lakin qısa müddət sonra məlum olub ki, avtomobildəki qadın Corcina Rodriges deyil. Bu, Fransada yaşayan və doğma şəhərlərində evlənmək üçün Madeyraya gələn Fatimə Nikol Kunha Teyşeyra olub. O, Fabio Ramosla ailə qurub.
Toy mərasiminə gələn qonaqların izdihamın arasından keçməkdə çətinlik çəkdiyi bildirilib. Katedralın keşişi Markuş Qonsalves də cütlüyün Ronaldo və Corcina ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb.
Hadisəyə Kriştiano Ronaldonun özü də münasibət bildirib. Yerli "Jornal da Madeira" qəzetinin izdihamın görüntülərini paylaşdığı posta futbolçu beş gülüş emojisi ilə şərh yazıb.
Qeyd edək ki, Kriştiano Ronaldo və Corcina Rodriges 2016-cı ildən münasibətdədir. Cütlük 2025-ci ilin avqustunda nişanlandıqlarını açıqlayıb. Onların toyunun vaxtı və yeri ilə bağlı isə rəsmi məlumat verilməyib.
Oxşar xəbərlər
Rolls Royce Motor Cars Baku iki yeni Rolls-Royce modelini Tbilisidə təqdim etdi
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Kriştiano Ronaldonun keçmiş sevgilisinə çoxlu pul təklif ediblər - SƏBƏB...
Rolls-Royce Motor Cars Baku Ghost II Seriyanın debütünü qeyd edir
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













