Vens: ABŞ-nin İranla müharibədə əsas məqsədi neftin qiymətinin aşağı olmasıdır
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens neft qiymətlərinin aşağı saxlanılmasını Vaşinqtonun İranla qarşıdurmada əsas məqsədi adlandırıb.
"Far.Az" xəbər verir ki, bu barədə o, "Fox News" telekanalının efirində bildirib.
"Bilirəm ki, bu gün neft ucuzlaşıb və o, münaqişənin əvvəlindəki maksimumlardan çox aşağıdır. Bir nömrəli məqsəd: bütün ölkəmiz üzrə amerikalılar üçün neft və qazı ucuz saxlamaqdır", - Vens bildirib.
Onun sözlərinə görə, ikinci məqsəd İranın heç vaxt öz nüvə silahına malik olmayacağına dair zəmanət əldə etməkdir.
Bundan əvvəl Vens bildirmişdi ki, son günlər Tehranla aparılan danışıqlarda müəyyən irəliləyişə nail olunub. Onun sözlərinə görə, İran münaqişənin başa çatmasında maraqlıdır, lakin danışıqların nəticəsi Vaşinqtonu qane edəcək şərtləri qəbul etmək bacarığından asılı olacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













