Seymur Səfərli: Əsas məqsəd ölkədə intensiv meyvə bağları sahələrinin 20 min hektara çatdırılmasıdır
Ölkədə intensiv meyvə bağları sahələrinin 20 min hektara çatdırılması əsas hədəf kimi qarşıya qoyulub.
"Report"un Şimal bürosunun məlumatına görə, bunu Qusarda təşkil olunan Aqrar Biznes Festivalı və I İntensiv Meyvə Bağları Festivalı çərçivəsində jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.
Onun sözlərinə görə, Qusarda baş tutan tədbirin təşkilində əsas məqsəd fermerlər, iş adamları və sahibkarlar yeni texnologiyalarla tanışlıq, təcrübə mübadiləsi və məhsulların təqdimatıdır:
"İntensiv meyvə bağçılığı ilə bağlı aqrobiznes festivalının keçirildiyi Qusar rayonunun bu sahədə kifayət qədər böyük potensialı var. Bildiyimiz kimi, intensiv bağçılıq ölkə başçısının mayın 25-də imzaladığı 2026–2030-cu illər üçün dövlət proqramında əsas prioritet istiqamətlərdən biri kimi göstərilib. Ümumiyyətlə, ölkədə intensiv meyvə bağları sahələrinin 20 min hektara çatdırılması əsas hədəf kimi qarşıya qoyulub.
Festivalın əsas məqsədlərindən biri də fermerlərin yeni texnologiyalar barədə məlumatlandırılması, daha qabaqcıl texnologiya tətbiq edilən şirkətlərin festivalda öz stendləri ilə təmsil olunması və uyğun texnologiyaların gələcəkdə geniş tətbiq olunmasıdır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Qusarda Aqrar Biznes Festivalı və I İntensiv Meyvə Bağları Festivalı keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Norveçdə pensiya yaşı artırıla bilər













