NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır
ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsi (NASA) "Artemis" (Artemida) Ay proqramını sürətləndirib.
"Report"un məlumatına görə, bu barədə NASAaY rəhbəri Cared Ayzekman bildirib.
"Biz "Artemis" proqramını sürətləndiririk. Əslində, "Artemis 3" missiyası üçün raket hazırda şaquli montaj binasında inşa olunur. Bu uçuşdan sonra 2028-ci ildə amerikalı astronavtları Ay səthinə qaytaracağıq", - o, Florida ştatındakı Kanaveral burnunda keçirilən tədbirdə bildirib.
Qeyd edək ki, mayın sonlarında "Artemis 3" missiyasında iştirak etməsi planlaşdırılan "Blue Origin" şirkətinin "New Glenn" buraxılış raketi Kanaveral burnunda keçirilən sınaq zamanı partlayıb. Şirkət 2027-ci ildə NASA-ya yeni raket verəcəyini açıqlayıb.
"Artemis 3" heyətinin SLS raket daşıyıcısı ilə aşağı Yer orbitinə çıxarılacaq "Orion" kosmik gəmisində olacağı gözlənilir.
Bundan sonra "Orion" "Blue Origin" aparatı, daha sonra isə "SpaceX"in "Starship" gəmisi ilə birləşəcək və ayrılacaq. Missiyadan sonra heyət Yerə qayıdacaq və Sakit Okeana eniş edəcək.
Missiya iki həftə davam edəcək.
Oxşar xəbərlər
"Artemida-2" Ay missiyası uğurla başa çatıb
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
NASA rəhbəri: Çin yeni Ay missiyasında ABŞ-ni qabaqlaya bilər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
NASA: Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













