"Tasnim": Trampın iqtisadi təzyiq planı psixoloji silah kimi istifadə olunur
ABŞ Prezidenti Donald Trampın iqtisadi təzyiq planı İran xalqına qarşı psixoloji silah kimi istifadə olunur.
"Report" xəbər verir ki, bunu İranda yüksəkrütbəli mənbə "Tasnim"ə açıqlayıb.
"Trampın yaxın zamanlarda bəhs etdiyi iqtisadi təzyiq planı, sadəcə olaraq onun media komandasının İran xalqına psixoloji təzyiqi artırmaq kampaniyasına əsaslanır", - mənbədən sitat gətirilib.
Qeyd olunub ki, Amerika İrana qarşı edə biləcəklərini edib. "Söhbət ilkin və ikinci dərəcəli sanksiyalar, dəniz blokadasından gedir", - o bildirib və əlavə edib ki, hazırkı bəyanatlar informasiya müharibəsinin tərkib hissəsidir.
Əlavə edilib ki, ABŞ-nin İrana təzyiq planından çox, danışıq cəhdləri realdır. Çünki pakistanlı vasitəçi (Pakistan Quru Qoşunlarının komandanı Asim Munir-red.) İrandadır və bu istiqamətdə görüşlər keçirilir.
Xatırladaq ki, ABŞ-nin maliyyə naziri Skott Bessent İranla əlaqələrə görə 60-dan çox təşkilat, fiziki şəxs və gəmiyə sanksiyaların tətbiqi barədə məlumat verib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Norveçdə pensiya yaşı artırıla bilər













