"Euronews"un rəhbəri jurnalistləri beynəlxalq əməkdaşlığa çağırıb
Beynəlxalq əməkdaşlıq və jurnalistlər, bütövlükdə media nümayəndələri arasında təcrübə mübadiləsi gələcəyin məsuliyyətli şəkildə formalaşdırılmasında mühüm rol oynayır.
"Far.Az"un Daşkəndə ezam olunmuş müxbirinin xəbərinə görə, bunu "Euronews"un baş və redaksiya direktoru Klaus Struns "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" adlı beynəlxalq media forumda çıxış edərkən bildirib.
"Bir-birimizlə görüşmək gələcəyi düzgün və məsuliyyətli şəkildə qurmaq deməkdir", - o qeyd edib.
Struns jurnalistikada beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq, dünya üzrə kütləvi informasiya vasitələrinin nümayəndələrinin birgə işləməli olduğunu bəyan edib.
O, həmçinin xatırladıb ki, "Euronews" telekanalı bu il beynəlxalq mediaforumda mediapartnyoru qismində iştirak edir. Struns müxtəlif ölkələrdən KİV nümayəndələrini, ekspertləri və praktikləri bir araya gətirən foruma uğurlar arzulayıb.
"Bizim üçün jurnalistika sadəcə biznes və peşə deyil - bu, bir missiya və çağırışdır", - "Euronews"un rəhbəri vurğulayıb.
Çıxışının sonunda Struns Mirzə Uluqbəyin bilik və elmi irsin əhəmiyyəti haqqında sözlərini sitat gətirib: "Dinlər duman kimi dağılır, imperiyalar özlərini məhv edir, lakin alimin əməyi əbədi qalır. Biliyə can atmaq hər kəsin borcudur".
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA













