Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 6-cı nömrəsini nəşr edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın yeni nömrəsində 2026/2027-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı ixtisas qrupları üzrə təqdim olunub. I, II və III ixtisas qrupları üzrə qəbul olunanların siyahıları ayrıca jurnallarda, IV və V ixtisas qrupları üzrə qəbul olunanların siyahıları isə bir jurnalda dərc edilib.
Nəşrdə, həmçinin təhsilin ödənişli əsaslarla aparıldığı ixtisaslar və dövlət sifarişi əsasında ayrılmış yerlər üzrə müsabiqənin nəticələrinə əsasən formalaşan keçid balları əksini tapıb. Bundan əlavə, dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə və ixtisaslara qəbul olan abituriyentlərin bölgüsü, müsabiqədənkənar qəbul olunanların siyahısı və digər məlumatlar təqdim edilib.
"Abituriyent" jurnalının elektron versiyasını (PDF formatında) www.abiturient.az saytından əldə etmək mümkündür.
Oxşar xəbərlər
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər













