Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib
Bakıda Türkiyənin 30 Avqust Zəfər Bayramı münasibətilə Türk şəhidliyi ziyarət edilib.
"Report" xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Türk şəhidliyi abidəsinin önünə əklil qoyulub, sonra isə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
B.Akgün tədbirdəki çıxışında Türkiyənin Qurtuluş savaşı haqqında məlumat verib, həmçinin Azərbaycan və Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla anıb. Səfir iki ölkə arasında münasibətlərin daim yüksələn xətlə inkişaf edəcəyini vurğulayıb.
Qeyd edək ki, 1922-ci ilin avqustun 30-da Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur.
Oxşar xəbərlər
Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb
Bakıda Zəfər muzeyinin açılışı olub
Antonio Koşta Bakıda şəhidlərin xatirəsini anıb
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
-
Professor Adilə Abbasova vəfat edib
-
RİNN Niderland şirkəti ilə süni intellekt sahəsində sənəd imzalayıb
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir













