"Google"un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib
Far.Az xəbər saytı

"Google"un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib


"Google"un sahibi olan ABŞ-nin "Alphabet" texnologiya şirkətinin bazar kapitallaşması bir sutka ərzində 477 milyard dollar azalıb, bu da onun tarixindəki ən böyük azalma olub.

"Report" xəbər verir ki, bunu "Nasdaq" birjasındakı hərrac məlumatları göstərir.

Bakı vaxtı ilə saat 20:30-a olan məlumata görə, şirkətin bazar kapitallaşması əvvəlki gün qeydə alınan 3,936 trilyon dollarla müqayisədə 3,459 trilyon dollar təşkil edib.

Bu vaxta qədər "Alphabet"in səhmləri 12,07 % ucuzlaşaraq bir səhm üçün 283,04 dollara düşüb.

Səhmlərin qiymətindəki eniş "Google"un 2026-cı ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlamasından sonra baş verib. Hələ əsas hərraclar başlamazdan əvvəl şirkətin səhmləri 10 %-dən çox dəyər itirirdi.

"Bloomberg"in məlumatına görə, "Google"un baş kommersiya direktoru Filipp Şindler bildirib ki, süni intellektin "AI Mode" rejiminin artan populyarlığı şirkətin maliyyə nəticələrinə mənfi təsir göstərib.

Şirkətin rüblük gəliri 111,2 milyard dollar təşkil edib ki, bu da analitiklərin gözləntilərindən aşağıdır. "YouTube"un reklam gəlirləri də proqnozları doğrultmayaraq 11,2 milyard dollar olub.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər