Kirayə mənzillərdə YENİ ŞƏRTLƏR - Mənzil almaq çətinləşdi, yoxsa asanlaşdı?
"Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmində oktyabrın 1-dən qüvvəyə minən dəyişikliklər ilk baxışda şərtlərin sərtləşdirilməsi və mənzil əldə etmək imkanlarının məhdudlaşdırılması kimi görünə bilər".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, bu yeniliklər sosial ədalət prinsipinin qorunmasına, mexanizmin əsas hədəfinin düzgün müəyyənləşdirilməsinə və mənzilə real ehtiyacı olan vətəndaşların imkanlarının genişləndirilməsinə xidmət edir:
"Əvvəllər bu mexanizm üzrə əldə olunan hüquqların ötürülməsi daha asan idi. Nəticədə bəzi şəxslər mənzilləri qısa müddət ərzində əldə edib sonradan başqalarına ötürməklə gəlir qazanmağa çalışa bilərdilər. Yeni qaydalar isə bu imkanları məhdudlaşdıraraq spekulyativ məqsədlərlə mexanizmdən istifadənin qarşısını almağa yönəlib. Hüququn ötürülməsi üçün üçillik müddətin müəyyənləşdirilməsi həmin mənzillərin qısa müddətdə alqı-satqı predmetinə çevrilməsini çətinləşdirir.
Digər mühüm dəyişikliklərdən biri bu hüquqdan təkrar istifadə ilə bağlıdır. Belə ki, müəyyən edilmiş şərtlərə əsasən, vətəndaşın mexanizmdən yenidən yararlanması üçün beşillik müddət nəzərdə tutulur. Bu məhdudiyyətlər birlikdə qiymətləndirildikdə, sistemdən spekulyativ məqsədlərlə istifadə etmək istəyən şəxslərin gəlir əldə etməsi xeyli çətinləşir. Əsas məqsəd mənzilə həqiqətən ehtiyacı olan ailələrin, xüsusilə gənclərin bu imkandan yararlanmasını təmin etməkdir".
AQC sədri əlavə edib ki, atılan addımlarla kifayətlənmək olmaz:
"Satmaq öhdəliyi ilə kirayə mənzillərin sayının artırılması və müraciət edən vətəndaşların daha böyük hissəsinin mənzil ehtiyacının qarşılanması vacibdir. Bunun üçün tikinti həcminin genişləndirilməsi, sosial mənzil layihələrinin artırılması və daşınmaz əmlak bazarında tələb-təklif balansının yaxşılaşdırılması istiqamətində tədbirlər görülməlidir.
Nəzərə almaq lazımdır ki, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vasitəsilə mənzil əldə edən vətəndaşların sayı ümumi daşınmaz əmlak bazarının təxminən 3-5 faizini təşkil edir. Buna görə də mexanizmin təkmilləşdirilməsi mühüm addım olsa da, bütövlükdə mənzil qiymətlərinə ciddi təsir göstərmək üçün daha geniş tədbirlərə ehtiyac var.
Bu baxımdan ipoteka kreditləri üzrə şərtlərin yaxşılaşdırılması, güzəştli maliyyələşdirmə imkanlarının genişləndirilməsi, kredit məbləğlərinin artırılması, faiz dərəcələrinin azaldılması və ödəmə müddətlərinin uzadılması kimi addımlar da nəzərdən keçirilməlidir. Eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyinin həyata keçirdiyi layihələrin həcminin artırılması və sosial mənzil proqramlarının genişləndirilməsi əhalinin mənzilə çıxış imkanlarını yaxşılaşdıra bilər".
V.Oruc vurğulayıb ki, tikinti sektorunda özəl sahibkarların imkanlarından istifadə etmək də vacibdir:
"Çünki sahibkarın inşa etdiyi binadakı mənzillərin nə qədər müddətə satılacağı hər zaman əvvəlcədən dəqiq bilinmir. Sosial mənzil layihələrində isə tələbatın mövcudluğu və satış imkanları sahibkarlar üçün əlavə maraq yarada bilər. Bu məqsədlə dövlət tərəfindən tikinti üçün uyğun torpaq sahələrinin ayrılması, əlverişli şərtlərin yaradılması və sahibkarların belə layihələrdə iştirakının stimullaşdırılması mümkündür".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
-
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
-
Professor Adilə Abbasova vəfat edib













