NAIC: Süni intellekt modelləri iqtisadiyyatın fərqli sahələrində istifadə oluna bilər
"Datarace" platforması vasitəsilə süni intellekt modelləri iqtisadiyyatın fərqli sahələrində istifadə oluna bilər.
"Report" xəbər verir ki, bunu Milli Süni intellekt Mərkəzinin (NAIC) Baş kommersiya direktoru Ülfan Əliyev qurumun yaratdığı "DataRace" platformasının ilk yarışının mükafatlandırma mərasimində bildirib.
Onun sözlərinə görə, iqtisadiyyatın istənilən sahəsində süni intellekt əsaslı layihə hazırlamaq mümkündür: "Məsələn nəqliyyat sahəsində optimallaşdırma işləri aparıla bilər. Beləki sifariş verildiyi andan son nöqtəyə qədər məhsulun hansı müddət ərzində çatdırılması ilə bağlı əlavə bir model hazırlayıb, hazırda istifadə olunan modelləri təkmilləşdirə bilərik. Və yaxud da ki, nəqliyyat prosesində marşrutların ən qısa yolla çəkilməsi üçün süni intellekt vasitəsilə həllər təqdim edə bilərik. Əlavə olaraq, kiber təhlükəsizlik sahəsində kiber təhdidlərin təyin olunmasında süni intellekt modellərindən istifadə oluna bilər. Bunun üçün fişinq ataklarının qarşısının alınması məqsədilə ölkədaxili bir model hazırlayıb, bu prosesləri daha da inkişaf etdirə bilərik. Nəticədə ölkəmiz kənar ölkələrdən alınan həll yollarından deyil, daha çox daxildə hazırlanmış həll yollarından istifadə edəcək".
Baş kommersiya direktoru əlavə edib ki, kritik infrastruktur layihələrində də yeni modellər hazırlana bilər: "Misal olaraq boru kəmərlərinin optimallaşdırılmasını, hər hansı qabaqcadan sızıntının tapılmasını göstərmək olar. Məsələn, neft kəməridirsə, ətraf mühitin çirklənməsinin minimallaşdırılmasına gətirib çıxara bilər. Su kəməridirsə, suyun torpaq səthinə çatana qədər borudakı axınının qarşısının alınması və təmir olunmasını təmin edə bilər. Daha sonra təhsil sistemində süni intellektin tətbiqi ilə bağlı layihələrimiz ola bilər. Məsələn, universitetlərdə və yaxud məktəblərdə tələbələrin qiymətini analiz edib, onların hansı fəndən kəsilə biləcəyini öncədən müəyyən edə bilərik. Könüllülərin idarə olunması prosesində onların profillərinə əsasən hansı sahəyə daha uyğun olduqlarını təyin edə bilərik. Çünki könüllülər bəzən özləri dəqiq olaraq nə etmək istədiklərini bilmirlər. Biz süni intellekt modeli hazırlayıb tətbiq edərək könüllülərə hansı sahədə iştirak etsələr daha uğurlu olacaqlarını və karyeralarını hansı yöndə inkişaf etdirməli olduqlarını tövsiyə edə bilərik".
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













