Azərbaycanın qadınlardan ibarət basketbol millisinin 6 üzvü ABŞ-də təhsil alacaq
Azərbaycanın qadınlardan ibarət milli komandasının 6 üzvü ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb.
Azərbaycan Basketbol Federasiyasından "Far.Az"a verilən məlumata görə, yeni mövsümdən etibarən basketbolçular təhsillərini və idman karyeralarını ABŞ-də davam etdirəcəklər.
Səlminaz Ramazanlı Luiziana Xristian Universitetində, Ela Nur Gökçöl Georgian Court Universitetində, Aylin Əkbərzadə John Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida Akademiyasında, Aylin Niftəliyeva Springfield Commonwealth Akademiyasında, Deniz Gökçöl isə Central Pointe Xristian Akademiyasında təhsil alacaqlar.
Basketbolçuların ABŞ-də təhsil və idman fəaliyyətlərini davam etdirməsinin onların yeni mühitdə inkişafına, yerli basketbol sistemi ilə tanış olmasına və təcrübə qazanmasına imkan yaradacağı gözlənilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib
The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu deputatın mandatı ləğv edildi
-
Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq
-
Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB
-
Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ
-
Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib
-
Fransada etirazlara görə müxtəlif şəhərlərdə həbslər həyata keçirilir













