"Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub
Korporativ sosial məsuliyyət prinsiplərini fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən "Global Media Group" cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən humanitar layihələrə dəstəyini ardıcıl olaraq davam etdirir.
"Report"un məlumatına görə, media şirkətlər qrupu bu siyasətin tərkib hissəsi olaraq, Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən icra edilən "Talassemiyasız həyat naminə" proqramına yenidən öz töhfəsini verib.
Ötən ilin dekabrında keçirilən analoji təşəbbüsün davamı olaraq, 4 sentyabr 2026-cı il tarixində "Report" İnformasiya Agentliyinin ofisində növbəti könüllü qanvermə aksiyası reallaşdırılıb. Tədbirdə qrupa daxil olan media şirkətlərinin əməkdaşları fəal iştirak edərək bu xeyirxah təşəbbüsə qoşulublar.
Aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslər üçün donor qanı ehtiyatının artırılmasına kömək etmək, eyni zamanda, cəmiyyətdə yardımlaşma və həmrəylik mədəniyyətini təşviq etməkdir.
Fəaliyyətində yalnız media sahəsindəki layihələrlə kifayətlənməyən "Global Media Group" bu kimi xeyriyyəçilik addımları ilə ictimai rifaha töhfə vermək öhdəliyini bir daha nümayiş etdirib. Şirkət analoji sosial və humanitar təşəbbüslərin gələcəkdə də mütəmadi olaraq keçirilməsini planlaşdırır.
"Global Media Group" haqqında:
"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Global Media Group" könüllü qanvermə aksiyasına qoşuldu
"Report" Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













