Kristian Mensa: İqlim təşəbbüsləri insanların həyatını yaxşılaşdırmağa yönəlməlidir
İqlim təşəbbüsləri insanların həyatını yaxşılaşdırmalı və yalnız hədəflər, öhdəliklər və xərclər toplusu kimi deyil, məhsuldarlıq, ərzaq təhlükəsizliyi, dayanıqlılıq və investisiya imkanları prizmasından nəzərdən keçirilməlidir.
"Report" xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən panel müzakirəsində COP31 Sədrlik Ofisinin baş müşaviri Kristian Mensa bildirib.
Onun sözlərinə görə, iqlim strategiyasının hazırlanması zamanı mümkün qədər geniş iştirakçı dairəsinin fikir və maraqlarını nəzərə almaq, onları birbaşa müzakirə prosesinə cəlb etmək lazımdır.
"Biz insanlara danışmaq niyyətində deyilik - onlarla birlikdə danışmaq niyyətindəyik. Bunun sayəsində biz öyrənə və tövsiyələr hazırlaya biləcəyik", - Mensa bildirib.
O vurğulayıb ki, iqlim təşəbbüslərini həyata keçirərkən ilk növbədə onların kimin üçün nəzərdə tutulduğunu və hansı praktiki fayda verə biləcəyini anlamaq vacibdir.
"Əgər iqlim gündəliyi yalnız bir hədəf, vacib öhdəliklər və ya xərclər kimi qəbul edilirsə, iştirakı qoruyub saxlamaq getdikcə çətinləşir. Əgər buna məhsuldarlıq, ərzaq təhlükəsizliyi, dayanıqlılıq və investisiya imkanları baxımından yanaşsaq, koalisiya daha da genişlənir", - COP31 Sədrlik Ofisinin müşaviri qeyd edib.
Mensa həmçinin müasir dünyanın parçalanmasına diqqət çəkib. Onun sözlərinə görə, mövcud çağırışlar aşılmaz maneələr kimi deyil, birgə həllər tələb edən problemlər kimi qəbul edilməlidir.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













